“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin proqram meneceri Seymur Vəliyev 28 sentyabr- 5 oktyabr tarixlərində İspaniyanın Barselona şəhərində həyata keçiriləcək görüşdə iştirak edəcək.
Gün.Az xəbər verir ki, görüş, 30 gənc lideri və gənc işçini bir araya toplayan 2 illik layihənin final mərhələsi olaraq həyata keçirilir.
Azərbaycan, Almaniya, Gürcüstan, İspaniya, Hollandiya və Rusiyadan qatılan təşkilat nümayəndələri 2 illik yerli təşəbbüslərin nəticələrini, sosial fəaliyyətdə və sülh quruculuğunda təcrübələrini bölüşəcəklər.
Bu seminar gənc liderlərə onların yerli təşəbbüslərində üzləşdikləri problemləri, maneələri bölüşmək və müzakirələr aparmaq üçün imkanlar yaradacaq. Bu vasitə ilə bölgədə işləyən digər gənclərlə də şəbəkə qurmaq imkanıları yaranacaq.
Seminarın sonunda layihə rəhbərləri 2 illik layihə müddətində Almaniya, Gürcüstan və Hollandiya səfərlərinin nəticələri yenidən müzakirə olunacaq, əldə edilmiş nəticələr dəyərləndiriləcək. Gələcək əməkdaşlıqlar üçün növbəti illəri nəzərdə tutan əməkdaşlıq bəyannaməsi imzalanacaq.
gun.az