Azərbaycanlı cüdoçu Elxan Məmmədov 100 kq-a qədər çəki kateqoriyasında dünya reytinqində liderlik etməyə davam edir.
İdmançının aktivində 2376 xal var.
İkinci yerdə hollandiyalı Henk Qrol (1930), üçüncü yerdə isə çexiyalı Lukas Krpalek (1558) qərarlaşıb.
Xatırladaq ki, Elxan Məmmədov bu yaxınlarda Braziliyada keçirilən cüdo üzrə Dünya Çempionatının qalibi olmuşdu.
gun.az