Böyük Britaniyanın Çessinqton şəhərində (Londonun cənub-şərqi) əyləncə mərkəzinin administrasiyası rəngləri heyvanların rəng çalarlarını imitasiya edən paltarda yerli zooparka girməyi qadağan etmişdir.
İngiltərədə çıxan “Daily Mail” qəzeti yazır ki, qadağa haqqında qərar heyvanları əbəs yerə həyəcanlanmaqdan qorumaq məqsədi daşıyır. Zooparkın işçiləri bildirirlər ki, insanlar oraya, məsələn, bəbir naxışları olan paltarda gələndə bu geyimlər heyvanların bir qismini ünsiyyətə cəlb etsə də, digər qismi təlaş içində ora-bura qaçışır.
Bu qadağa zooparkda heyvanların sərbəst buraxıldığı hissədə avtomobil gəzintisini nəzərdə tutan “Zufari” adlı yeni əyləncə proqramı ilə əlaqədar tətbiq edilmişdir.
Proqram barədə məlumatda deyilir: “Zooparka gələnlər kərgədan, zürafə, qızılqaz və antiloplarla üz-üzə gəlib, ünsiyyət saxlaya bilərlər”.
Parkın bu hissəsinin heyvan baxıcıları müşahidə etmişlər ki, heyvanlar rəng çalarları onların rəngini xatırladan paltar geyinmiş insanların görəndə ürkürlər. Paltarın naxışları yırtıcının naxışlarına uyğun gələndə onlar qorxu hissi keçirir.
Zooparkın administrasiyası buraya gələnlərin paltarında qadağan edilmiş motivlərin siyahısını açıqlamışdır. Zebr, zürafə, bəbir, hepard, pələng və goreşənin rənglərini imitasiya edən naxışlar həmin siyahıda yer almışdır.
AzərTac