Qoç - uğurlu gündür. Bu gün çox iş görə bilərsiniz. İşə başlayanda nə isə alınmasa, çaş-baş qalmayın, pərişan olmayın.
Alış-veriş üçün uğurlu zamandır.
Yaxşı sövdələşmə və ya anlaşmaya nail olmaq mümkündür.
İş axtarışındasınızsa, maraqlı təkliflər ala bilərsiniz.
Yaşamınızda köklü dəyişikliklərə hazır olun.
Günün ikinci yarısına enerji potensialınızın səviyyəsi çox yüksək olacaq. İdmanla məşğul ola bilərsiniz.
Bunun üçün seçdyiniz qrafikə riayət edin.
Sevdiyiniz insanla ünsiyyət müsbət emosiyalar vəd edir.
Buğa - çətin, qarışıq, ləxləxəli gündür. Uğurlara nail ola bilərsiniz. Lakin bunun üçün yardımçılara, müttəfiqlərə ehtiyacınız var.
Etibar edə biləcəyiniz insanı nə qədər tez seçsəniz, bir o qədər yaxşıdır.
Diskussiyalara qatılın, peşəkar fəaliyyətinizlə bağlı müzakirələrdə iştirak edin, həmkar və həmfikirlərlə danışın, fikir mübadiləsi edin.
Təcrübəli insanların məsləhətləri səhvlərə yol verməməyinizə imkan yarada bilər.
Günün ikinci yarısında sevdiyiniz insanla, ailə üzvlərinizlə fikir ayrılıqları, ixtilaf yarana bilər.
Mövqeyinizi çox sərt müdafiə etməyin, kompromis variantı qulaqardına vurmayın. Problemlərin sayını artırmayın.
Əkizlər - sərt, aqressiv davranmayın. "Yalnız həqiqəti deyirəm" anlayışı ilə hərəkət etsəniz, çoxlarının xətrinə dəyə bilərsiniz.
Həmkarlarınız və yaxınlarınızla münasibətlərinizin harmonik olmasına çalışın.
Küsülülük və inciklikdən sonra barışıq ola bilər. Bu yaxınlara qədər sizə rəqib və bədxah olan insanın barışıqdan sonra tərəfinizi tutması istisna deyil.
Uzun müddətdən bəri dostyana olan münasibətlərdə romantik çalarlar formalaşa bilər.
Günün ikinci yarısında aktiv olun. Faydalı və maraqlı işlə məşğul olmaq imkanı yaranır. Axşam saatları dostlarla birlikdə istirahət və əyləncə zamanıdır.
Xərçəng - diqqət mərkəzində olmağa çalışın. Bu gün sizi nə qədər çox adam görərsə, bir o qədər yaxşıdır. Yardımçılarla yanaşı, nüfuzlu hamilər də tapa bilərsiniz.
Yeni layihəyə başlamaq olar.
Günün ikinci yarısı yaxınlarınızla istirahət, yaşlı qohumlar və ya uşaqlarla ünsiyyət üçün əlverişlidir. Hədiyyə seçin. Seçimdə yanlışlığa yol verməyin.
Sənədləşdirmədə problemlər yaranmayacaq, məmurlarla görüş pis sonuc verməyəcək.
Şir - yaranan problemlərə sakit, təmkinli və səbrli münasibət uğur şanslarınızı artırır. Gün asan deyil, lakin məhsuldar ola bilər. Hər şey sizdən asılıdır.
İntellektual əməyə xüsusi diqqət yetirin. Fiziki işi başqalarına həvalə edə bilərsiniz.
Fiziki işdə travma riski var.
Yaxınlarınız sizdən yardım və məsləhət istəyir, bütün suallara cavabları bildiyinizə səmimi qəlbdən inanırlar. Lakin unutmayın ki, məsləhətləriniz konkret olmalıdır.
Əks təqdirdə situasiyanı daha da ağırlaşdıra bilərsiniz.
Qız - bu gün çox iş görə bilərsiniz. Lakin planlarınızı və niyyətlərinizi reallaşdırmaq üçün yeni köməkçilər tapmalı olacaqsınız.
İndiyədək dəfələrlə birlikdə çalışdığınız insanlar yaşam və fəaliyyət ritminizə uyğunlaşmaqda çətinlik çəkirlər. Sizə daha enerjili, qətiyyətli, usanmaz və yorulmaz müttəfiqlər gərəkdir.
Maliyyə məsələləri ilə bağlı danışıqlar pis keçməyəcək.
Günün ikinci yarısında münasibətlər daha harmonikdir.
Sevdiyiniz insanın hisslərinə şübhə etməyə, qısqanclığa heç bir şübhə yoxdur. Kiçik problemləri ürəyinizə salmayın.
Ciddi təlaş və nigaranlıq üçün heç bir səbəb yoxdur.
Tərəzi - mənasız və əbəs səylər, yersiz təşəbbüslər çox olarsa, uğurlu gün asanlıqla kiçik problemlərə, xoşagəlməz müşküllərə çevrilə bilər.
Yaxın ətrafınızdakı insanlarla müqayisədə nəyi necə etmək gərəkdiyini daha yaxşı bildiyinizi düşünməyin.
Bilin ki, onlar sizin məsləhətlərinizə möhtac deyillər.
Nə qədər çox danışsanız, bir o qədər qıcıqlanacaq, sinirlənəcəksiniz.
Günün ikinci yarısı maliyyə məsələlərinin həlli üçün əlverişli deyil. Gəlirlə bağlı ümidlər və gözləntilər doğrulmayacaq. Dövlət qurumlarının nümayəndələri ilə münaqişələr istisna deyil.
Sənədləşdirmə prosesində çətinliklər yaranacaq.
Əqrəb - maliyyə problemləri istisna deyil. Həmin problemlər ilkin mərhələdə kiçik olacaq, amma saatlar keçdikcə daha da ağırlaşacaq. Pulları xərcləyəndə məntiqsiz davranmayın.
Uzun müddətdən bəri işgüzar maraqlarla bağlı olduğunuz insanlarla münasibətlərdə müşküllər yarana bilər.
Günün ikinci yarısında yaxınlarınız sizin sərt açıqlamalarınızı, mövqeyinizin aqressiv izharını qəbul etmək istəmirlər. Güzəştlərə hazır olduğunuzu göstərin.
Belədə kəskin məqamları yumşalda bilərsiniz.
Axşam saatlarında gəzintiyə, aktiv istirahətə üstünlük verin.
Oxatan - öz işlərinizlə bahəm, başqasının işləri ilə də məşğul olmaq məcburiyyətində qalıbsınız.
Buna görə qıcıqlanmayın, səbr kasanız daşmasın. Eyni zamanda, yardıma və köməyə ehtiyacı olanların qayğısına qalın. Bütün bunlarla yanaşı, ətrafınızdakı insanlardan kimsə sizə təsir göstərməyə çalışır.
Həmin səylərin qarşısını qətiyyətlə alın.
Son vaxtlar münasibətlərinizin gərildiyi və sürəkli mübahisə etdiyiniz insanla təmasları günün ikinci yarısında normallaşdıra bilərsiniz.
Ümumiyyətlə, kiçik münaqişələr və ixtilafları geridə qoyaraq münasibətləri yeni məcraya keçirmək üçün yaxşı vaxtdır.
Gəlir əldə etmək, dəyərli hədiyyə almaq şansı var.
Oğlaq - işgüzar fəaliyyət üçün çox əlverişli məhsuldar gündür.
Çətin məsələlərin həllinə başlayın. Başqa günlərlə müqayisədə indi o problemlərin öhdəsindən asanlıqla gələcəksiniz.
Yeni yollar axtarmayın, illüziyalara qapılmayın. Sınanmış, etibarlı yollar uğura aparır. Yaxın ətrafınızdakı insanlara təsiriniz artır. Bundan peşəkar fəaliyyət və şəxsi münasibətlər müstəvilərində istifadə etmək olar.
Günün ikinci yarısında ailənin problemləri ilə məşğul olun, məişət qayğılarını çözün.
Əsas işi ikinci dərəcəli məsələdən ayırın.
Yaxınlarınızdan biri milçəyi filə çevirmək istəyirsə, vaxtında müdaxilə edin və prosesi dayandırın.
Dolça - gözlənilməz, qeyri-adi təcrübə əldə edə bilərsiniz.
Yaşamınızda baş verən hadisələri sağlam düşüncə və ya məntiqlə izah etmək çətindir.
İfrat dərəcədə hissiyatlı oslanız, proseslərin nəzarətdən çıxaraq gur axına çevrildiyini düşünəcəksiniz.
O axın sizi harasa cəlb edir.
Günün ikinci yarısında unutmayın ki, yaşananlara görə məsuliyyətin əhəmiyyətli hissəsi sizin boynunuza düşür.
Düşünülməmiş addımlar atmayın.
İstənilən qərar yaxşı götür-qoy ediləndən sonra verilməlidir.
Yaşlıların, təcrübəli insanların məsləhətlərinə inanmaq olar.
Balıqlar - özünüzü yaxşı hiss etməyiniz, yaxşı əhvalınız üçün aktiv fəaliyyət göstərməyiniz gərəkdir.
Bir yerdə oturmayın. Yaxın ətrafınızdakı insanlar sizinlə hesablaşmaq məcburiyyətində qalacaqlar. İşgüzar səfər və istirahət səyahəti, yarımçıq qalmış işlərin başa çatdırılması üçün əlverişli gündür.
Siyasi və ictimai olaylara diqqət arta bilər.
Günün ikinci yarısında real şərait və ya yaxınlarınızın mövqelərini nəzərə almadan qərar qəbul etməyin, düşünülməmiş addım atmayın.
Hövsələsizlik etsəniz, pərişan ola bilərsiniz. Uşaqlara və valideynlərə qarşı diqqətli olun.
Ev işlərini, məişət qayğılarını qulaqardına vurmayın.
Milli.Az