Çin Xalq Respublikasının yaranması günü münasibətilə ölkədə elan olunmuş 7 günlük bayram tətili başlamışdır.
Çinin İctimai Təhlükəsizlik Nazirliyinin proqnozuna əsasən, “Qızıl həftə” adlandırılan bu müddətdə 430 milyon çinli ölkə daxilində turist səfərinə çıxacaqdır. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur.
Bayram günlərində dəmir yolu vağzallarında, hava limanlarında və avtobus stansiyalarında sərnişin sıxlığı yaşanmağa başlamışdır. Yol polisi nəqliyyatın hərəkət intensivliyinin artması və mümkün tıxaclar olacağını elan etmişdir.
AzərTac