Günün ulduz falı
12.1.2012

Qoç - Bu gün öncəkindən daha asan və yaxşıdır. Məqsədlər aydınlaşır, onları gerçəkləşdirmək də gözlənildiyindən daha asan olur. İşgüzar görüşlər üçün yaxşı gündür: təkid və güzəşt arasında qızıl ortanı tapmaq, təzyiq göstərmədən ortaqlarınızı öz tərəfinizə çəkmək bu gün sizə asandır.
Sevdiyiniz şəxslə görüş isə bu gün alınmır. Çünki heç romantik əhvalda deyilsiniz. İşgüzarlıq sizi bürüyüb. Dostlarınızınsa kefidir: əsasən onların problemlərini həll edir və yaxşı məsləhətlər verirsiniz.

Buğa - Uğur sizdən üz döndərmək üzrədir. Əl atdığınız hər bir işdə problem yarana bilər. Üstəlik, düşmənləriniz haqqınızda şayiə yayırlar, bu isə nüfuzunuza xələl gətirir. Situasiyadan alnıaçıq çıxmaq olar - sadəcə, özünüzün peşəkar və şəxsi keyfiyyətlərinizi şübhə altına alacaq heç bir hərəkətə yol verməyin.
Maliyyə vəziyyətiniz də ürəkaçan deyil. Olsun ki, öz imkanlarınızı düzgün hesablamayaraq çox pul xərcləmisiniz, bu gün qənaətcil olmaq lazım gələcək. Ancaq bu, sevdiyiniz şəxsə hədiyyə verib ürəyini açmaq üçün bəhanə ola bilməz.

Əkizlər - Mürəkkəb və vacib bir işdə qələbə qazana bilərsiniz, amma bunun üçün nəinki öz biliklərinizdən, eyni zamanda başqalarının təcrübəsindən istifadə etməli olacaqsınız. Yalnız güzəştə gedəcəyiniz, ortaqlarınızın bəzi zəifliklərinə göz yumduğunuz halda əməkdaşlıqdan söhbət gedə bilər. Prinsipial olmayan məsələlərdə qətiyyət göstərməyin indi yeri deyil.
Bir çox Əkizlər üçün gün romantik sürpriz vəd edir. Bəzilərini maraqlı tanışlıq, bir qismini sevgi etirafı, lap bəxtəvərləri isə nikah təklifi gözləyir.

Xərçəng - Uğursuz günlərin üçüncüsü və sonuncusunu yaşayacaqsınız. Müsbət tendensiyalar artıq özünü göstərməkdədir. Hələlik işartı kimidir, amma bu da yetər ki, nikbinliyiniz özünüzə qayıtsın. Xırda işlərdə uğursuzluq ola bilər. «Məndə heç nə alınmır» deyib ümidsizliyə qapılmayın. Vacib olmayan bütün məsələləri bir kənara qoyun, sabah onların öhdəsindən daha rahat gələcəksiniz.
Ətrafdakılarla münasibətlər düzəlmək üzrədir. Düzdür, narazılıqlar hələ də var, amma onların səbəbi əvvəlki kimi o qədər də ciddi görünmür. Bir az əvvəlki düşmənləriniz barışmağa hazırdırlar.

Şir - Çox yaxşı, demək olar ki, həftənin ən uğurlu günüdür. Ondan səmərəli istifadə edin, tənbəllik edib vaxtınızı boşuna keçirsəniz, sonra çox peşman olacaqsınız. Müqavilələr bağlayaraq gəlirlərinizi xeyli artıra bilərsiniz. İri alış-veriş, hətta əntiq mallar və incəsənət əsərləri almaq üçün münasib vaxtdır.
Enerjiniz artır və bunu hiss edirsiniz. Cazibəniz və məlahətiniz ətrafınızdakılara xoş təsir bağışlayacaq. Bu gün ziyafət dəvətlərini qaçırmayın: həm əhvalınız yüksələcək, həm də orada özünüzə maraqlı tanışlar tapacaqsınız.

Qız - Bir az çətin olacaq. Bel bağladığınız plan uğursuz oldu. Təcili yeni bir plan fikirləşməlisiniz. Tərəfdar və həmfikirləriniz var, amma onlar təşəbbüs göstərmək həvəsində deyillər. Odur ki, qərar qəbul etmək və bu qərarlara görə məsuliyyət daşımaq sizin boynunuza düşür.
Pullarla ehtiyatlı olun. Ailə büdcəsini təkbaşına idarə edə bilməzsiniz. Qətiyyən borc götürməyin. Əvəzində sevgidə bəxtiniz çox gətirir - ən çox arzuladığınız bir istəyiniz gerçəkləşə bilər. Günün birinci yarısı səhhətiniz sizi narahat edəcək, axşama doğru isə özünüzü yaxşı hiss edəcəksiniz.

Tərəzi - Xoşagəlməz təsadüflər, çoxsaylı və yersiz xırda çətinliklər yaşayacaqsınız. Özünüzü tox tutur, sınaqdan üzüağ çıxmağa çalışır, sızıldayıb ətrafdakıların zəhləsini tökmək istəmirsiniz, amma əhvalınız korlanır.
Uzaqdan pis xəbər ala bilərsiniz. Bir çox Tərəzilər yola çıxmalı olacaqlar. Riskli tanışlıqlar və çox tez alovlanan eşq macəralarından qaçın, bunlar sağlamlığınız üçün təhlükəli ola bilər. Eyni zamanda keçmiş sevgilinizlə görüş də qətiyyən məsləhət deyil.

Əqrəb - Təəccüblənəcəksiniz. Heç gözləmədiyiniz bir şəxs sizə rəqib olacaq. Onu vecə almamaq olmaz, çünki çox təhlükəlidir. Əlbəttə, döyüşsüz təslim olanlardan deyilsiniz, amma bu gün yalnız ilk zərbələrdən özlərini itrməyənlər qalib ola bilərlər. Nə qədər inadcıl olsanız, bir o qədər şanslısınız.
İşgüzar keyfiyyətləriniz bu gün daha parlaq üzə çıxır. Kommersiya fəaliyyətinin nəticələri sizi sevindirəcək. Bir çox Əqrəblər öz bizneslərini qurmaq barədə fikirləşəcəklər. İdeya özlüyündə pis deyil, amma siz öz imkanlarınızı düzgün hesablamırsınız, ilk vaxtlar sizə ortaq və ya investor gərək olacaq.

Oxatan - Heç yana tələsməyin. Bu gün rahatlıqla, arxayın hərəkət etmək lazımdır, yalnız bu halda səhvlərdən qaça bilərsiniz. Qaçaqaç, qovhaqov yalnız sizin düşmənlərinizin işinə yarayır. Xeyli müddətdir uzanan danışıqlarda bu gün, nəhayət, bir nəticəyə gəlmək olacaq. Çoxdan üzərində işlədiyiniz layihə də artıq bitmək üzrədir.
Yaxınlarınız qəfil təklifləri ilə sizi təəccübləndirəcəklər. İlk reaksiyanız mənfi ola bilər. Ancaq bir qədər götür-qoy etsəniz, o zaman təkliflərin müsbət tərəfini də görə bilərsiniz. Aşiq Oxatanlar üçün bir qədər çətin olacaq - çox güman ki, sizin yarınız sizə təzyiq göstərmək istəyəcək.

Oğlaq - Tezliklə sizin ideyalarınızdan birini həyata keçirmək üçün əla məqam ələ düşə bilər. Bu səbəbdən bu gün onun reallaşdırılması üçün ilkin hazırlıqları görə bilərsiniz. Əvvəlki tərəfdaşlarınızı tapıb birgə fəaliyyəti müzakirə edə bilərsiniz. Bəzi Oğlaqlar keçmiş tanışlarından iş yerini dəyişməklə bağlı «yağlı» təkliflər alacaqlar.
Əgər ətrafınızdakılara təzyiq göstərməsəniz, şəxsi münasibətlərinizdə sakitlik hökm sürəcək. Yox, əgər nüfuzunuzdan istifadə etməyə çalışsanız, güclü müqavimətlə üzləşə bilərsiniz. Xüsusilə də valideyn Oğlaqlar bunu nəzərdə saxlasınlar.

Dolça - İtitrdiyiniz bir şey, yaxud uzaq keçmişdə qoyduğunuz münasibətlər barədə peşmançılıq hissi bu gün sizi rahat buraxmayacaq. Daha bir dəfə özünüzə şans yaratmaq istəyəcəksiniz, dağılanı qurmaq həvəsi sizi məşğul edəcək. Amma bu, vaxtınızın boş yerə itirilməsidir. Üstəlik, bu yaxınlarda həyatınızda gözəl bir mərhələ başlayacaq, sadəcə, azca səbr etmək lazımdır.
Rəhbərliklə dərin fikir ayrılığı mümükündür. Bir çox Dolçalar iş yerlərini dəyişmək barədə fikirləşəcəklər. Yeni iş təklifləri də yerinə düşəcək.

Balıqlar - Həyatınızın xoşagəlməz dövrü bu gün başa çatmaq üzrədir. Yaxşılığa doğru dəyişiklikləri artıq gözləmək olar. Ancaq çox tələsməyin. Hələlik sağlamlığınıza diqqət edin, gözəllik salonuna, spa-salona gedin. Bunlar əhvalınızı yaxşılaşdıraraq növbəti günləri daha səmərəli keçirməyə kömək edəcək.
Başgicəlləndirici təkliflər alacaqsınız. Amma o dəqiqə razılaşmayın, vaxtı uzada, eyni zamanda sizə əslində nəyin lazım olduğunu götür-qoy edə bilərsiniz.

Milli.Az