Bir yeməyə 4300 dollar verərsiniz?
2.10.2013

Yapon mətbəxindən olan suşi son zamanlar daha da məşhurlaşıb.

Onu daha məşhur etmək üçün Manilada yerləşən Karat-Chef restoranında çalışan baş aşpaz Angelito Araneta xüsusi suşi düşünüb.

Dünyanın ən bahalı suşisini hazırlamaq üçün aşağıdakı inqredientlər lazımdır: yapon düyüsü, muskovado şəkəri, 70 ildir saxlanılan quyu suyu, İtaliyadan 12 illik balzam turşusu, fua-qra, norveç balığı, manqo, turşu xiyar, krab əti, yabanı ada otu və şit yağlı mayonez. Amma heç də bahalı suşini bu inqredientlər bahalı etmir. Aşpaz suşiyə Palavan adasından tapılan 12 nadir muncuğu və 0,2 karatlıq 4 afrika brilyantını əlavə edir. Suşilər 24 karatlıq qızıl folqalara bürülür. Bu cür suşinin qiyməti 4300 dollardır.

publika.az