Yaşlandıqca dəri əvvəlki keyfiyyətini itirir. Çirkili havadan, stressdən dolayı dəri qırışmağa başlayır. Qadınlar da yeganə çıxış yolunu onu kosmetika ilə örtməkdə görür. Halbu ki, dərinin dərmanı kosmetikada deyil, bitkilərdə gizlənib.
Xüsusən üzümüz bədənin digər hissələri ilə müqayisədə daha çox təsirlənir. Çünki üzümüzü geyimlə örtə bilmirik, günəşin şüalarına və küləyə məruz qalır. Bu gün isə üz dərisnə bir yaxşılıq edin. Çoxlu dəfnə yarpağı alın.
Dərinin sağlam olması üçün dəfnə yarpağının köməyindən istifadə edin. Dəfnə yarpağı eyni zamanda saçların ipək kimi yumşaq edən təbii məhsuldur. Tünd yaşıl rəngi ilə dəriyə enerji, təravət verən yay-qış yarpağı tökülməyən şəfalı ağacdır.
Maska üçün lazım olanlar:
100 qram dəfnə yarpağına bir qədər su əlavə edib qaynadın. Sonra soyumasını gözləyin. soyuduqdan sonra bu su ilə üz və boynunuzu silin. Sonra nəmləndirici krem çəkin. Bitki yağlarından hazırlanmış lasyon olsa, daha yaxşı olar.
Mütəmadi olaraq bu maskanı etsəniz, təxminən 1 ay sonra daha xoş və təravətli dəriniz olacaq.
Publika.Az