Günəş sistemindən kənarda bulud aşkarlandı
2.10.2013

“Keller” və “Spittser” teleskopları sayəsində Kepler-7b ekzoplanetinin üst qatlarına baxmaq mümkün olub. Planetin qərb yarımkürəsindəki buludların xəritəsi də tərtib olunub.

ABŞ-ın Massaçusets texnologiya institutunun tədqiqatçıları buludların görüntülərini Astrophysical Journal Letters jurnalında dərc ediblər.

Alimlər iddia edirlər ki, bu planet Yupiterə bənzər planetdir. Onun səthində temperatur 1,1 min dərəcə Selsidir. Çəkisinə görə Yupiterdən iki dəfə yüngüldür.

Milli.Az