Yanvarın 12-dən 19-dək Hindistanın Puna şəhərində 10-cu Beynəlxalq Pune
film festivalı keçiriləcəkdir. Narimanfilm” kinostudiyanın mətbuat xidmətindən bildirmişlər ki,
“Sahə” kinofestivalın tammetrajlı bədii filmlər üzrə müsabiqə
proqramında nümayiş olunacaqdır.
“Sahə” bədii filmi məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs edir. “Narimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan)
studiyalarının müştərək istehsalı olan film Mədəniyyət və Turizm
Nazirliyinin maliyyə dəstəyi və “Paşa Bank”ın iştirakı ilə
ekranlaşdırılmışdır.
Filmdə baş rollarda Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa),
Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) çəkilmişlər.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, operatorları
Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamları
Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii
rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.