Azərbaycanda alimlərin I qurultayı keçiriləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətinin rəhbəri Səid Hüseynovun verdiyi məlumata görə, bu haqqda qərar Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
Qərara əsasən, Azərbaycanda ilk dəfə təşkil olunacaq alımlərin I Qurultayının gələn ilin mart ayında keçirilməsi planlaşdırılır.S.Hüseynov qurultayın keçirilmə məqsədinin Azərbaycan alimləri ilə dünya alimlərini bir yerə toplamaq məqsədi daşıdığını bildirib.
ANS PRESS