“Rezin ördəy”in Bakı sərgüzəştləri – Video
3.10.2013

Bir müddət öncə Bakıda hollandiyalı rəssam Florentin Hoffman “Rezin Ördək” layihəsini təqdim etmişdi.

“YARAT” Müasir İncəsənət Məkanı tərəfindən təşkil edilən “Participate Baku Public Art Festival” çərçivəsində paytaxta gətirilən “Rezin Ördək” xeyli vaxt Xəzər dənizi buxtasında üzüb.

“YARAT”ın YouTube kanalında “Rezin Ördəy”in videosu yerləşdirilib. Videoda onun hava ilə doldurularaq, dənizə buraxılması çəkilib.

5 mərtəbəli bina hündürlüyündə olan “Rezin Ördəy”i bütün dünyada tanıyırlar. Bu əsər dünyanın ən iri şəhərlərinin buxtasında üzüb.

Oxuculara həmin videonu təqdim edirik.

Video

Gün.Az