101 yaşında sürücülük vəsiqəsi aldı
3.10.2013

İtaliyada 101 yaşlı Emilio Zumerle adlı şəxs sürücülük vəsiqəsi alıb.

1912-ci il təvəllüdlü E.Zumerle yazılı və sükan arxasında imtahanları uğurla verərək daha 5 il müddətinə avtomobil idarə etmək hüququ qazanıb.

İndi italiyalı ixtiyar ən yaşlı sürücü kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. Qeyd edək ki, o, 1967-ci ildən "Fiat Giardinetta" markalı avtomobil idarə edir.

Trend