DəmirBank Müəllimlər Günü münasibətilə yeni güzəştli kredit aksiyası həyata keçirir
4.10.2013

DəmirBank 5 oktyabr - Müəllimlər Günü münasibətilə yeni güzəştli kredit aksiyası keçirir.
Aksiyanın şərtlərinə görə, müəllimlərə illik faiz dərəcəsində 4 faiz endirim tətbiq edilir. Kredit 500–6500 manat arasında, 36 ayadək müddətə rəsmiləşdirilir. Kredit 3 min manatadək olduqda iş yerindən arayışsız və zaminsiz, 5 min manatadək olduqda isə zaminsiz verilir.
Yeni aksiyadan bütün təhsil müəssisələrində çalışan müəllimlər yararlana bilərlər.
Aksiya oktyabrın 31-dək davam edəcəkdir.

AzeərTac