Hər il Avstraliyada “Sydney International Food Festival”ı keçirlir.
Bu beynəlxalq festival çərçivəsində bir çox ölkələrin aşpazlarının təqdim etdikləri müxtəlif çeşidli qidaların diqustasiyası olur.
“Açıq qapı” zamanı həmçinin xüsusi ustad dərsləri də keçirilir.
2009-cu ildə festivalın təşkilatçıları “WHYBIN/TBWA” adlı reklam şirkətinə müraciət ediblər. Məqsəd festivala beynəlxalq marağın artırılması olub.
Fotoqraf Natali Buq və “foodstlist” Triş Hegerti bu işi öz üzərlərinə götürüblər.
Triş Hegerti hər bir ölkənin milli mətbəxinin qidalarından ibarət bayraqlar tərtib edib. Hər bir ölkəyə xarakterik olan xörək və ərzaqlar bayraq formasında olan nimçələrə yerləşdirilib.
Fotoqraf Natali Buq isə “Yeməli bayraqlar”ın şəkillərini obyektivə həkk edib. Bununla da, yeməli bayraqlar festivalın vizit kartına çevrilib.
Hazırda hər il keçirilən festival zamanı bayraqların kolleksiyası yenilənir.
Gün.Az “adme.ru” saytına istinadən həmin kreativ ideya ilə təqdim olunan növbəti “Yeməli bayraqlar”ı oxuculara təqdim edir.
Gün.Az