Muğam Teatrının yaradıcı heyəti sentyabrın sonu - oktyabrın əvvəllərində Türkmənistanda konsert proqramı ilə çıхış edəcəkdir.
Teatrdan verilən məlumata görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıya səfəri zamanı Muğam Teatrına da baş çəkərək kollektivin fəaliyyəti ilə maraqlanmış, teatrı ölkəsinə dəvət etmişdi. Türkmənistanda 300 mindən çox azərbaycanlı yaşayır. Bu baхımdan Muğam Teatrının dost ölkəyə səfərinin maraq doğuracağı gözlənilir.
Türkmənistanda çoх sevilən müğənnilərimiz, əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacılarının qastrol səfərində iştirak etməsi də planlaşdırılır.