İngiltərədə itlər üçün pivəxana açıldı
12.1.2012

Ingiltərənin Nyukasl qraflığında dünyada ilk dəfə olaraq itlər üçün pivəxana açılıb. Köpəklər burada növbənöv ət yeməklərini həzmi-rabedən keçirməklə yanaşı, məxsusi olaraq onlar üçün hazırlanmış "Dog Beer" pivəsini içə bilərlər.
"Brandling Villa" pivəxanasında itlər üçün bişirilən "Dog Beer" pivəsinin tərkibində alkoqol yoxdur.