Çinin paytaxtı Pekində ənənəvi əkizlər festivalı keçirilib. Bu il 600-dən çox əkizin bir araya gəldiyi festival rəngli görüntülərlə yadda qalıb.
Pekinin Qızıl Şal meydanı bu il artıq 10-cu dəfədir əkizlər festivalına ev sahibliyi edir.
Parkda qurulan platformada əkizlər müxtəlif kateqoriyalarda bacarıqlarını nümayiş etdirərək, tamaşaçıları əyləndiriblər. Yaşca böyük əkizlər mahnı, rəqs və idman kateqoriyalarında keçirilən müsabiqələrdə, kiçik əkizlər isə iməkləmə kimi müsabiqələrdə yarışıblar.
ANS PRESS