Dünya şöhrətli caz ifaçısı Heydər Əliyev Sarayında konsert verəcək
4.10.2013

Oktyabrın 30-da Heydər Əliyev Sarayında dünya şöhrətli caz ifaçısı Avişay Koenin solo konserti keçiriləcək.
Konsert proqramı Bakı Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində baş tutacaq.

Konsertin biletləri artıq satışdadır. Biletlər yerindən asılı olaraq 10-50 manat arasında dəyişəcək.

Qeyd edək ki, Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə oktyabrın 23-dən noyabrın 2-dək Bakıda keçiriləcək.

Festival çərçivəsində dünyada tanınmış caz ifaçıları şəhərimizin qonağı olacaq.

gun.az