Paytaxt ərazisində sanator–kurort zonaları yaradılacaqdır
4.10.2013

“Böyük Bakının regional inkişaf sxemi”nə əsasən, paytaxt ərazisində Böyük Zirə və Qum adaları da daxil olmaqla, sahəsi 300 hektar təşkil edəcək sanator–kurort zonaları yaradılacaqdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilmişdir ki, inkişaf sxeminə uyğun olaraq Dənizkənarı Milli Park Bibiheybət qəsəbəsindən Zığ qəsəbəsinədək (33 kilometr) uzadılacaq, idman-sağlamlıq obyektləri 700 hektar ərazini əhatə edəcəkdir.
Layihədə, həmçinin parklara 500 hektar, əhalinin vaxtının səmərəli keçirilməsi məqsədi ilə müvafiq infrastrukturun yaradılmasına 1550 hektar, şəhərin mərkəzində aşağı mərtəbəli binaların tikintisinə 1400 hektar, o cümlədən 5 mərtəbəli binaların inşasına 1000 hektar ayrılması nəzərdə tutulmuşdur.

AzərTac