Bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədr müavini Namiq Babayev bildirib ki, magistraturaya
elektron ərizələrin qəbulu fevral ayının əvvəllərində aparılacaq. Qəbul
imtahanı bu il də iki mərhələdə aparılacaq. Birinci mərhələ fevralın
sonunda, ikinci mərhələ isə ali təhsil müəssisələrində buraxılış
imtahanları başa çatdırdan sonra - iyun ayında keçiriləcək.
Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və
informatika üzrə bilik səviyyəsi test üsulu ilə, ikinci mərhələdə isə
bakalavrların ixtisas üzrə bilikləri yoxlanılacaq. Müsabiqə və
yerləşdirmə iki mərhələdə toplanan ballar əsasında həyata keçiriləcək.