«Maqnit adam» ləqəbli Etibar Elçiyev Budaqlı Ginnesin Rekordlar Kitabının 2014-cü il üçün hazırlanmış versiyasına düşüb
7.10.2013

Gürcüstanın Borçalı rayonunda yaşayan azərbaycanlı, «Maqnit adam» ləqəbli Etibar Elçiyev Budaqlı Ginnesin Rekordlar Kitabının 2014-cü il üçün hazırlanmış versiyasına düşüb.

Kitabda qeyd olunub ki, Etibar Elçiyev Budaqlı 5-ci reytinq yerini tutub və 5-ci rekordçu kimi ilk azərbaycanlı olaraq Rekordlar Kitabında yer alıb. «Maqnit adam» Gürcüstanda «İlin rekordçusu» elan edilib, İtaliya, Almaniya və Pekində dünya rekordu qazanaraq sertifikat və medallara təltif edilib. E.Elçiyev açıqlamasında indiyədək 4 dəfə dünya rekordu əldə etdiyini və tam gücü ilə 5-ci dəfə rekordçu olmaq üçün ciddi hazırlaşdığını bildirib: «Mən daha bir yarışa ciddi hazırlaşıram. Bu dəfə bədənimlə 150 kq-a qədər çəki qaldırmaq fikrindəyəm».

Qeyd edək ki, ənənəyə görə, Ginnesin Rekordlar Kitabı bir il əvvəl hazırlanır və il başlanan kimi təqdimatı keçirilir. Xatırladaq ki, E.Elçiyevin bədənində bioenerji var və o, öz qeyri-adi həkimlik bacarığı ilə xəstələri müalicə edir.

azerbaycanliyam.com