Türkiyə KİV-ləri Bakının küçələrindəki tozlu maşınların üzərində əsl şedevrlər yaradan gənc azərbaycanlı barədə yazıb.
Bakıdakı dayanacaqlardan birində işləyən Rəfael Veysov bildirib ki, tozlu maşınların üzərində boş vaxtını keçirmək üçün rəsmlər çəkməyə başlayıb və avtomobillərin sahiblərində müsbət reaksiya alıb.
Bir müddət sonra bir çox sürücülər Rəfaelin yaradıcılığına şərait yaratmaq üçün qəsdən maşınları tozlu saxlamağa başlayıblar.
Rəfael özü bildirib ki, maşınların üzərində insanların digər ölkələr haqqında daha çox öyrənmələri üçün Azərbaycandan uzaq olan şəhərləri çəkməyə çalışır.
“Olur ki, mən mövcud olmayan, fantaziyamda olan şəhərləri çəkirəm”, - deyə Veysov jurnalistlərə bildirib.
Video
gun.az