Alla Puqaçovanın əkizləri dünyaya gəlib
7.10.2013

Rus estradasının pop divası 64 yaşlı Alla Borisovna Puqaçovanın və onun 37 yaşlı əri Maksim Qalkinin əkiz övladları doğulub.

Bu barədə xəbəri cütlüyün şəhər ətrafındakı villasında çalışanlar yayıb.

Onların bildirdiyinə görə, ötən bazaar günü A.Puqaçova və M.Qalkin həmin evdə uşaq otağının hazırlanması ilə bağlı göstəriş veriblər. Uşaqların doğulmasını cütlük həmin evdə bayram şənliyi əhval-ruhiyyəsində qeyd edib.

Körpələrin dünyaya gəlməsini ilk olaraq, divanın qızı Kristina Orbakayte, Alla Borisovnanın ən yaxın rəfiqəsi Alina Redel və Maksim Qalkinin qardaşı Dmitriy Qalkin biliblər.

Əkizlərdən biri qız, digəri isə oğlandır. Uşaqları surroqat (daşıyıcı) ana dünyaya gətirib. Lakin körpələrin bioloji valideynləri Alla Puqaçova və Maksim Qalkindir.

Qızın adını Yelizaveta, oğlanın adını isə Harri qoyublar. Körpələr sentyabrın 18-də dünyaya göz açıblar.
Qeyd edək ki, cütlük 2011-ci ildə evlənib.

gun.az