Payızda qadınları eleqant göstərən geyimlərdən biri də dəri gödəkçələrdir. Dərilər qadınları həm də seksual göstərən geyimlər arasında ilk yerdə gəlir.
Payızda havalar tez-tez dəyişir. Biz qadınlar isə qarderoba baxa-baxa nə geyinəcəyimizi düşünürük. Balon kurtkalar üçün hələ tezdir, yun köynək geyinsək, istidən bişərik və.s Bizi payızın müəmmalı havasından ancaq dəri gödəkçələr xilas edə bilər. Dəri gödəkçələr bu il də olduqca dəbdədir. Onu bütün geyimlərlə rahatqlıqla kombinasiya etmək olar. Dəri gödəkçə ilə daha cazibədar və füsünkar görünəcəksiniz.
Publika.Az