Gənclər hər tərəfi qırmızıya “boyadı”
7.10.2013

“Mənim Prezidentim” Gənclər Təşəbbüs Qrupunun Park Bulvar AVM-də həyata keçirdiyi “Mənim Prezidentim günləri” kampaniyası artıq yekunlaşıb.

Tədbir çərçivəsində gənclər Tünzalə Ağayevanın ifa etdiyi “Mənim Prezidentim” himninin sədaları altında əllərindəki qırmızı lentlərlə rəqs ediblər. Təşəbbüs Qrupunun üzvləri AVM-nin ziyarətçilərinə qırmızı zərflərdə arzular çatdırıblar. Sonda 400 gənclər əllərindəki qırmızı lenltəri dörd mərtəbədən aşağı sallayaraq AVM-nin mərkəzini bütünlüklə qırmızı “yağışa boyayıblar”.

Xatırladaq ki, Park Bulvar AVM-də “Mənim Prezidentim” günləri 9 sentyabr 2013-cü ildə başlamışdır. Bir aya yaxın müddətdə Təşəbbüs Qrupu AVM-də bir sıra kampaniyalar həyata keçirmişdir. Bunlardan ilki kampaniyanın açılış mərasimində məşhurlarla görüş olmuşdur. “Mənim Prezidentim” Gənclər Təşəbbüs Qrupuna dəstək olan bir çox məşhur simalar bir araya gələrək həm gənclərlə görüşmüş, həm də “Mənim Prezidentim” Gənclər Təşəbbüs Qrupuna dəstəklərini bir daha göstərmişlər. Bundan əlavə olaraq, Təşəbbüs Qrupu fəaliyyəti çərçivəsində “Azərbaycanım inkişafı -10 il” fotosərgisi keçirilmişdir. Təşəbbüs Qrupu həmçinin “Mənim Prezidentim”-ə sual kampaniyası keçirərək, gənclərin Prezident İlham Əliyev cənablarına sual ünvanlamaqları üçün şərait yaratmışdır. Keçirilən kampaniyaya eyni zamanda “Mənim Prezidentim”-in 10 illik fəaliyyəti ilə bağlı müsabiqələr də aiddir.

Qeyd edək ki, “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupu Prezidentimizin son 10 il ərzində apardığı uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq məqsədi ilə yaradılmışdır. Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək üçün fb.com/mypresident.az səhifəsinə və qoşulmaq üçün www.mp2013.az səhifəsinə daxil olmaq kifayətdir.

Publika.Az