Qoç - axtarmalı və mübarizə aparmalı, geri çəkilməməlisiniz. İndi böyük ehtiyacınız olan nəsnəni tapıb-tapmayacağınız sual altındadır.
Niyyət və məqsədlərinizi dəqiq müəyyənləşdirməyincə aktiv işlərə başlamayın. Əks təqdirdə sizə yox, başqasına gərək işi görməli olacaqsınız.
Hərəkətlər yaxşı düşünülmüş, qərarlar isə məntiqi olmalıdır.
Yalnız belə olarsa, çətin günü itkisiz başa vura bilərsiniz.
Günün ikinci yarısında maliyyə məsələlərini, ailə büdcəsi ilə bağlı problemləri həll etmək asan deyil.
Ailənin pullarının sərf edilməsində sərrast olun, təkbaşına qərarlar verməyin.
Uzunmüddətli öhdəliklər götürməyin.
Buğa - yeni problemlər peyda olur. Onların çözülməsinə sürətlə başlayın və astagəllik etməyin.
Gün maraqlı alınacaq. Bəyəndiyiniz işi taparaq ətrafınıza həmfikirlərinizi yığa bilərsiniz.
Rəğbət hissi asanlıqla yaranır. Çox ciddi, emosional, təsirli təmaslar formalaşa bilər.
İşdə karyera pilləkəni ilə irəliləmək şansları yaranır. Nüfuzlu insanın rəğbətini qazanmaq üçün konkret addımlar atın.
Günün ikinci yarısı alış-veriş üçün əlverişli gündür.
Hər hansı nəsnə alanda onun real qiymətini ödəyin.
Dost və yaxınlarınız verdiyiniz məsləhətlərə qulaq asmaq istəməyəcəklər.
Əkizlər - yeni bilik və informasiya almaq, faydalı təcrübə əxz etmək üçün əlverişli zamandır. Sizdən çox bilən və hansısa işi daha yaxşı bacaran insanlara qıcıqlanmayın.
Onlarla söhbətlərdən yayınmayın.
Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Belə olarsa, səhvlərə yol verməzsiniz.
Günün ikinci yarısı işgüzar baxımdan faydalı olacaq tanışlıqlar vəd edir.
Xoş xəbərlər, qəfil təkliflər mümkündür.
Kiçik probelmlər və müşküllərə görə sinirlənməyin. Səbrli və təmkinli olsanız, axşam saatları xoş keçəcək.
Alış-verişdə çox pul xərcləməyin. Daşınmaz əmlak almaq və ya kirayəyə götürmək üçün yaxşı gün deyil.
Xərçəng - gün uğurlu olacaq. Qarşınızda yeni imkanlar və əlverişli perspektivlər yaranır.
İntuisiyanız güclü olsun. İşgüzar fəaliyyətinizdə emosiyalara uymayın, soyuqqanlı davranın. Xeyir və mənfəəti normal olacaq razılaşlamlarla anlaşmalara üstünlük verin.
Pulunuzu sərmayə kimi yatırmaq istəyirinizsə, dürüst hədəf seçin.
İşgüzar danışıqlar və sövdələşmələr yaxşı olacaq.
Şəxsi münasibətlərdə problemlər olmayacaq.
Günün ikinci yarısında yaxınlarınızla asanlıqla dil tapacaqsınız. Bu və digər məsələnin həllinə baxışlar fərqli olsa da, müzakirələrdə ortaq məxrəcə gəlmək olar.
Axşam saatlarında qonaqlar gələcək. Maraqlı tanışlıq da istisna deyil.
Şir - işlərdə təşəbbüskar olun. Aktiv davranmasanız, nəzərdə tutduğunuz işdə irəliləyiş olmayacaq. Bu gün lider, təşəbbüskar, təcrübəli insan və qara fəhlə olmalısınız.
Bütün bunlar yorucu olsa da, maraqlıdır.
Günün ikinci yarısında işlərin əhəmiyyətli hissəsini başa vurduğunuzu görəcəksiniz.
Sizə paxıllıq edən insanlar var. Bədxahlar və rəqiblər mane olmaq, zərbə vurmaq istəyirlər. Diqqətli olun, büdrəməyin.
Maliyyə vəsaitinin bölünməsi, alınmış gəlirlərin paylaşdırılması ilə bağlı problemlər yarana bilər. Hamını razı salacaq optimal variant tapın. Gəlir və hədiyyə istisna deyil.
Əks cins mənsubunun diqqətini cəlb edəcəksiniz.
Axşam saatlarında istirahət edin.
Qız - lazımi vaxtda lazımi yerdə olmağa çalışın. Qətiyyətli olun, qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın.
Fəal olun, yanınızdakı insanların mümkünsüz saydıqları işi görməyə çalışın.
Diqqət mərkəzində olacaqsınız.
Günün ikinci yarısında işlə bağlı problemləri həll etmək üçün əlverişli zamandır. Çoxdan bəri yarımçıq qalan məsələni həll etmək imkanı yaranır. Yarımçıq işi başa vurun.
Yaşam potensialı səviyyəsi yüksəkdir. Fiziki iş, aktiv istirahət əhvalınızı yaxşılaşdıracaq.
Yaradıcılıqla məşğul olun. Həmfikirlərlə yanaşı, müttəfiq tapa bilərsiniz.
Tərəzi - müsbət təmayüllərin təsiri güclüdür. Kiçik problemlərə və müşküllərə rəğmən ruhdan düşməyin, geri çəkilməyin. Mühüm problemi həll etmək, nüfuzlu insanların dəstəyini almaq imkanları var.
Bədxahlar və rəqiblərinizin yolunuzun üstündə yaratdıqları maneələrlə sədləri soyuqqanlılıqla dəf edin. İşgüzar səfər, evdən uzaqda əldə edilmiş razılaşma və anlaşmalar gəlir gətirə bilər.
Günün ikinci yarsında həmkarlar, dostlar və qohumlarla təmaslar xoş olacaq. İndiyədək sizə rəğbət bəsləməyən və bunu gizlətməyən insanlarla da dil taparaq münasibətləri nisbətən normallaşdıra bilərsiniz.
Yeni və ciddi perspektivli tanışlıq istisna deyil.
Əqrəb - əməkdaşlığa başlamaq, birgə layihələrin icrasına qatılmaq üçün əlverişli zamandır.
Müstəqil və təkbaşına iş uğur vəd etsə də, çox vaxt və qüvvə tələb edir. Zəhmətkeş, inadkar olun. Başladığınız istənilən işə ciddi yanaşın.
Səhv etməməyə, yanınızdakı insanların səhvlərini düzəltməyə çalışın.
İşgüzar müstəvidə çoxdan bəri həllini tələb edən problemi çözmək şansları var.
Günün ikinci yarısı şəxsi münasibətlərdə əlverişli zamandır. Sevdiyiniz insanı sevindirin.
Xoş sürprizlə qarşılaşa bilərsiniz.
Oxatan - tezliklə olmasa da, bir müddət sonra qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Hər şey planlaşdırıdığınız kimi alınmazsa, pərişan olmayın.
Peşəkar fəaliyyət müstəvisindəki məsələlərlə bağlı diskusiyya aparmaq üçün əlverişli zamandır.
Çoxdankı problemlərin həlli birgə səylərlə mümkündür.
Gələcəklə bağlı planlarınızı bəlirləyin.
Günün ikinci yarısında liderlik məziyyətlərinizi nümayiş etdirin.
Bununla belə, başqalarının fikirlərini və mövqelərini nəzərə alın, mövqeyinizi bölüşməyən insanların arqumentlərinə qulaq asın.
Dəvət aldığınız məkana yollanın. Ən yaxşı məziyyətlərinizi göstərə bilməsəniz, əhvalınızı dəyişməyin. Kiçik problemlərə yumorla yanaşın.
Oğlaq - eyni vaxtda bir neçə işlə məşğul olmaq zərurəti yaranır. Narahat olmayın.
Planlarınıza şübhə etməyin, onları tədricən reallaşdırmağa başlayın və səbrli davranın. İşgüzar danışıqlar uğurla başa çatacaq. Mövqeyinizi müdafiə edin, əməkdaşlığın sərfəli şərtlərinə nail olun.
Alış-veriş etmək, sərmayə yatırmaq, razılaşma və ya anlaşmaya nail olmaq üçün sərfəli gündür.
Günün ikinci yarısında qətiyyət və zəhmətkeşliyinizlə yaxın ətrafınızdakı insanları təccübləndirə bilərsiniz.
Qüvvələrinizi bərpa etmək üçün fasilə, yaxud istirahəti unutmayın.
Rəğbət bəslədiyiniz insanda xoş təəssürat yaradın.
İmiclə eksperimentlər üçün əlverişli gündür.
Dolça - bütün diqqəti işə yönəltmək asan deyil. Ev işləri və şəxsi problemlər fikrinizi qatır. Bütün işləri vaxtında bitirməsəniz, sinirlənməyin.
Belədə maliyyə itkilərinə məruz qala bilərsiniz. İşdə rəhbərliklə fikir ayrılıqları olacaq, ünvanınıza xeyli tənqidlər eşidəcəksiniz.
Günün ikinci yarısında verilən tapşırıqlar və yaranan problemlər ilk baxışdan göründüyündən də çətindir.
Hisslərinizi kimsə ilə bölüşməməyə çalışmayın.
Dəstək və yaxşı məsləhət almaq imkanlarını rədd etməyin.
Səfər və səyahət yaxşı nəticə verəcək. Amma planlaşdırılandan artıq vaxt aparacaq.
Balıqlar - günün ilk yarsında müstəqil və təkdaşına çalışın. İşlər və qayğıların bir qismini yaxın ətrafınızdakı insanla bölüşmək cəhdləri uğursuzluğa düçar olacaq.
Adi günlərdən fərqli olaraq işdə rəhbərlik və həmkarlarla münaqişədə ola bilərsiniz.
Maliyyə çətinlikləri yaranacaq. Pul çatışmazlığı alış-verişin təxirə salınmasına səbəb olacaq.
Narahat olmayın, müəyyən müddət keçəcək və anlayacaqsınız ki, almaq istədiyiniz əşyalara ciddi ehtiyacınız yoxmuş.
Günün ikinci yarısında yaşlı qohumlardan biri ilə mübahisə istisna olunmur.
Ailə ilə bağlı problem ilk baxışdan göründüyü qədər müşkül deyil və bir qədər sonra həllini tapacaq.
Milli.Az