Tibb sahəsi üzrə Nobel mükafatını hüceyrə tədqiqatçılarına vermişlər
8.10.2013

2013-cü ildə tibb və fiziologiya sahəsi üzrə Nobel mükafatı laureatları amerikalı Ceyms Rotman (Kaliforniya Universiteti) və Endi Şekman, eləcə də alman Tomas Züdhof (Stenford Universiteti) olmuşlar.
Mükafat hüceyrə daxilində maddələrin hərəkətinin tənzimlənməsi sahəsində kəşfə görə verilmişdir.
Bu gün Stokholmda Nobel Komitəsində bildirilmişdir ki, üç Nobel mükafatçısı molekulların hüceyrə daxilində lazımi vaxtda və lazımi yerə çatdırılması prinsiplərini kəşf etmişlər
C.Rotman və T.Züdhof hüceyrə daxilində molekulların xüsusi örtüklər - vezikullar vasitəsilə tutulması və yerinin dəyişdirilməsi mexanizmlərini öyrənmişlər. E.Şekman isə vezikul trafiki üçün lazım olan genləri tədqiq etmişdir.

AzərTac