Birinci Bakı Beynəlxalq memarlıq müsabiqəsinə 15 ölkədən 150 layihə təqdim olunmuşdur
8.10.2013

Artıq birinci Bakı Beynəlxalq memarlıq müsabiqəsinin iştirakçılarının qeydiyyat müddəti yekunlaşmışdır. Müsabiqəyə 15 ölkədən 150 layihə təqdim olunmuşdur.
Müsabiqə şəhərsalma və memarlıq həllərinin inkişafı və həyata keçirilməsi, binaların və tikililərin daha mənalı layihələndirilməsi, kompozisiya, həcm və məkan həllərinin axtarışı üçün yeni ideyaların aşkara çıxarılması, o cümlədən maksimal müxtəlifliyə nail olmaq üçün konstruktiv ideyaların reallaşdırılması məqsədi ilə keçirilir.
Azərbaycan Memarlar İttifaqından bildirilmişdir ki, müsabiqəyə ölkəmizin memarları ilə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Fransa, Çili, Meksika, Avstraliya və digər ölkələrin memarları tərəfindən layihələr təqdim edilmişdir.
Müsabiqənin yekun nəticələri cari ilin noyabrın 2-də elan olunacaqdır.

AzərTac