Bu qış yaşılın tünd və solğun tonları çox dəbdə olacaq...
Mövsümlər bir-birini əvəz edərkən moda da dəyişir. Lakin militari stili (hərbi) demək olar ki, hər mövsümdə rastımıza çıxır. 2013-2014-cü ilin qışında yenə bir-birindən fərqli, feminen-maskulen stilə imza atan rənglərin ən özəl tonu yaşıldır.
Dizaynerlərin əksəriyyətinin payız-qış kolleksiyalarında istifadə etdiyi "xaki" tonlarına militari stilində daha çox rast gəlirik. Çəkmələr, şalvarlar, pencəklər vəs. kimi modellər döyüşçü konseptini özündə əks etdirib. Hermes, Dries Van Noten, Emmanuel Ungaro, Vivienne Westwood və Véronique Leroy kimi moda evlərinin yeni kolleksiyaları xaki yaşılına bürünüb.
"Burberry London" - Klassikaya çevrilən Burberry plaş və paltoları bu mövsüm xaki (yaşıl) rəngi ilə diqqət çəkəcək.
"Philip Lim" - Keçən il xüsusən də çantalarda tünd qırmızı tonlar trend idi. Bu mövsüm isə xaki dəri çantalar aktual olacaq.
"Emilio Pucci" - Xakinin qızılı tonlarla kombinasiyası olduqca mükəmməl görünür. Dizaynerlər də yaşılın müxtəlif tonlarını boz, qara, qəhvəyi və qızılı tonlarla kombinasiya etməyi xoşlayırlar.
Publika.Az