Oğuz Olimpiya İdman Kompleksində AFFA və Veteranlar İttifaqının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnir keçirilib.
Yarışda 7 komanda “Şimal”, “Qarabağ”, “Şimal-Qərb” Regional Futbol Federasiyaları, “Bakı Kəndlər Birliyi”, “Neftçi” veteranları, “Kəpəz” veteranları və Oğuz Rayon Veteranları iştirak ediblər.
Yarışlar 2 yarım qrupda keçirilib. Turnir çərçivəsində “Qarabağ”ın veteran futbolçusu Yaşar Hüseynova AFFA tərəfindən 50 yaşı münasibəti ilə xatirə hədiyyəsi və pul mükafatı da təqdim olunub.
Xatırladaq ki, belə turnir indiyə kimi Bakı, Masallı və Lənkəranda da təşkil edilib.
Gün.Az