Yeni Mercedes-Benz GLK-nın gizli fotoları yayıldı - FOTO
10.10.2013

Mercedes-Benz yeni ikinci nəsil GLK krossoverinin sınağını həyata keçirir. Avtomobil fotocasusların obyektivinə tuş gəlib.

Fotolardan görünür ki, BMW X3-ün gələcək rəqibinin ölçüləri dəyişib və avtomobilin kütləvi istehsalına 2015-cil ildən başlanacaq.

Qeyd edək ki, birinci nəsil 2,1 litrlik bir dizel və iki benzin mühərriklli GLK Rusiyada 1 920 200 rubla (59 486.05 dollar) satılır.

ANS PRESS