Oktyabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq Şairi Nigar Rəfibəylinin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçiriləcəkdir.
Tədbirdə görkəmli ədibin yaradıcılıq yolu və Azərbaycan ədəbiyyatına bəxş etdiyi ölməz sənət incilərindən söz açılacaqdır.
Tədbirdə Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş musiqilər səsləndiriləcəkdir.
AzərTAc