Göz yaşları ilə rəsm əsəri yaradır
10.10.2013

Argentinalı rəssam Leonardo Granato rəssamlıq sənətinə yeni üslub gətirmişdir. İstedadlı rəssam boyanı burnundan çəkib gözlərindən çıxarmaqla rəsm əsərlər yaradır.

Sənətkarın “göz rəssamlığı” adlandırdığı yeni üslub rəsm həvəskarları tərfindən böyük maraqla qarşılanmışdır.
Özünün açıqlamasına görə uşaq yaşlarından burnu ilə gözləri arasında əlaqə qurmağı bacarırmış və bu qabliyyətini rəssamlıq sənətinə uyğunlaşdırmağa qərar vermişdir. L. Granato hazırda sənət aləminə yeni üslub gətirməkdən şad olduğunu ifadə etmişdir.

AzərTAc