Dünyanın on iki ən qəribə qanunu - Bilirdiniz?
10.10.2013

Dünyanın on iki ən qəribə qanunu sizə təqdim edirik.

1. Sinqapurda saqqız çeynəmək 1992-ci ildən qadağandır.

2. Durian adlı ekzotik meyvə Brüney,İndoneziya və Malaziya kimi ölkələrdə çox sevilir. Ancaq meyvəni avtobus,metro,otel və aeroportlarda yemək qadağan edilib.Buna səbəb kimi meyvənin kəskin iyi göstərilir.

3. Danimarkada restoranlarda əhali özünü "doymuş" hesab etmirsə, o yeməyin hesabını ödəməyə də bilər.

4. Britaniyada 1876-cı ildən qəbul edilən qanununa əsasən, gömrük işçilərini məhkəməyə vermək olmaz.

5. İsveçrədə axşam saat 10-dan sonra tualetin sifonunu çəkmək qadağandır.

6. Norveçdə yerləşən Lonqyirbyen qəsəbəsində ölmək qeyri-qanunidir. Buna səbəb qütbdəki daimi donmuş torpaqlarda cəsədlrin çürüməməsidir. 70 ildir ki, qəsəbənin qəbrstanlığında yeni adam dəfn edilməyib.

7. Trinidad və Tobaqo və Müqəddəs Lusiyada hərbi kamflaj paltarı geyinmək qadağandir.

8. 1986-ci ildə Britaniyada qəbul edilən Kosmos qanuna əsasən, dövlət Britaniyanın yadplanetli tərəfindən işğal edilməsinin qarşısını almaq üçün "lazimi gücdən" istifadə edə bilər. Ancaq yadplanetlilərin lisenziyalari varsa, onlar burada öz kosmos gəmilərini rahat şəkildə sürə bilərlər.

9. Tailandda evdən alt paltar geyinməmiş çıxmaq, köynək geyinməmiş avtomobil sürmək, milli valyutani taptalamaq qadağandır. Bundan əlavə ölkə kralını təhqir edənləri isə 15 ilə yaxın həbs cəzası gözləyir.

10. Yaponiyada kök olmaq qadağandır.Burada 40 yaşından aşağı olan hər bir kişinin bel ölçüsü 80 sm, qadının ki isə 90 sm-i keçə bilməz.

11.Dünyanın müxtəlif yerlərində içki içməklə bağlı çoxlu qəribə qanunlar var. Məsələn Sent-Luizdə şəhər küçələrində oturub pivə içmək olmaz, Çikaqoda isə şəhərin istənilən yerində ayaq üstə içki içən şəxs həbs edilə bilər, Klivlenddə isə bir nəfərdən artıq adam viski şüşəsindın içki içə bilməz.

12.Danimarkada həbsdən qaçmaq qanuna zidd deyil.

Big.az