«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Gəncə-Bakı marşrutu üzrə aviabiletlərin qiymətini 25% endirib.
AZAL-dan
verilən məlumata görə, əgər bundan öncə Bakı-Gəncə marşrutu üzrə bir
aviabiletin qiyməti 40 manat təşkil edirdisə, hazırda biletin qiyməti 30
manata endirilib.
Qeyd edək ki, Bakıdan Gəncəyə aviareyslər hər gün
saat 09:55-də, Gəncədən Bakıya isə I, VI və VII günlər saat 15:55-də,
II, III, IV və V günlər saat 11:55-də ATR tipli avialaynerlə yerinə
yetirilir.
APA