Davos Forumu çərçivəsində Azərbaycana həsr olunmuş sərgi təşkil olunacaq
13.1.2012

Yanvarın 25-dən 29-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində “Müasir Azərbaycan sənətində ənənələr” adlı sərgi təşkil olunacaq.
GoMap-ın APA-ya istinadən verdiyi məlumata görə, sərginin təşkilatçısı Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.