20 ildən sonra “dirildi”, heç kim qəbul etmədi
11.10.2013

ABŞ-da yerli icra hakimiyyəti hüquqi baxımdan ölmüş hesab edilən kişini diri kimi qəbul etməkdən imtina edib.

Kişinin iş üzrə məhkəmə dinləmələrində şəxsən iştirak etməsinə baxmayaraq, Oqayo ştatı hakimiyyəti onu diri tanımaqdan imtina edib.

Donald Miller 1986-cı ildə itkin düşüb və bunun nəticəsində işini itirib. İtkin düşdükdən sonra onun həyat yoldaşı və iki uşağı tək qalıb və onların imtiyazları ödənilməyib. 1994-cü ildə məhkəmə Milleri ölmüş hesab edib.

2005-ci ildə “bu barədə heç nə bilməyən” Miller öz sosial sığorta nömrəsini bərpa etməyə çalışıb, lakin “öldüyünə” görə rədd cavabı alıb.

Gün.Az