32 yaşlı müğənni Kristina Agilera 22 kq arıqlayıb.
Müğənni indi özünü daha sağlam hiss edir. Ciddi pəhriz və idmanla gözəl görünüşə sahib olan ulduz bunun sirlərindən danışıb.
O bildirib ki, ilk olaraq çöldə yemək yeməkdən qaçmaq lazımdır. Yemək bişirməyi çox sevdiyini deyən ulduz yeməklərini özü hazırlayır.
Oğlu Maks dünyaya gəldikdən sonra kökələn və tez-tez tənqid edilən müğənni maraqlı açıqlamaları ilə yadda qalmışdı: “Əvvəllər arıq olduğum üçün tənqid edilirdim. İndi də kök olduğumu deyirlər. Davamlı olaraq formada qalmağa çalışmaqdan sıxıldım. Arıqlamasam pərəstişkarlarımı itirəcəyimi deyirlər. Amma daha vecimə deyil, bundan sonra beləyəm”.
Big.az