“Turan Times” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə həsr olunmuş material dərc edilmişdir
8.7.2011

Astanada rus dilində çıxan “Turan Times” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə həsr olunmuş geniş material dərc edilmişdir.
Astanada rus dilində nəşr olunan “Turan Times” qəzetində Qulu Kəngərlinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti ilə bağlı “Pervaya ledi Azerbaydjana” sərlövhəli geniş məqaləsi dərc olunmuşdur. Bundan əvvəl həmin yazı Almatıdakı “Türkel” internet qəzetində verilmişdi.
Məqalədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında və dünya ölkələrində təbliğində əvəzsiz xidmətləri geniş əksini tapmışdır.
Məqalədə bildirilir ki, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin binaları inşa olunmuş, açıq səma altında “Qala” Arxeoloji-Etnoqrafik Kompleksi yaradılmışdır. 2010-cu ildə Azərbaycandan kənarda 150 dövlət əhəmiyyətli tədbir keçirilmişdir. Bu mərasimlərin təşkilində Mehriban xanım Əliyevanın xidmətləri ölçüyəgəlməzdir. Yazıda Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti “Mehriban Əliyevanın mədəniyyətimizin inkişafında əvəzsiz rolu”, “Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi”, “Beynəlxalq fəaliyyət”, ”Qəbələdə Beynəlxalq musiqi festivalı”, “Azərbaycanın YUNESKO və İSESKO ilə əməkdaşlığının mədəni həyatın uğurlu inkişafına təsiri”, “Azərbaycan qadınlarının dünya tarixində rolu” və digər yarımsərlövhələr altında verilmişdir.