Qoç - Ümumi xoş ovqat sizdən bir qədər uzaqdır. Gün yaxınlarınızla mübahisələr və uzaqdan alacağınız xoşagəlməz xəbərlə başlaya bilər. Vacib qərarı qəbul etməyə vaxtınız çox dardır, bu səbəbdən onun səhv olma ehtimalı böyükdür. Ancaq günün ortasında şərait dəyişəcək. Bütün işləri yoluna qoyub səhvləri düzəldə, şəxsi münasibətləri bərpa edə biləcəksiniz.
Ən yaxşı vaxt isə axşamdır. Qonaq gedin, yaxud özünüz evdə qonaqlıq təşkil edin, xeyli müsbət emosiya qazanacaqsınız. Gəzintilər, fiziki iş məsləhətdir.
Buğa - Uğurlu, ahəngdar gündür. İşgüzarlığınız artıb, bu səbəbdən işdə rəqiblərinizi xeyli geridə qoyaraq ciddi uğurlar qazanacaqsınız. Həm özünüz məhsuldar işləyir, həm də əlinizin altında olanlara əla rəbərlik edirsiniz. İstənilən danışıqlar üçün yaxşı gündür, hətta əvvəlki düşməninizi də tərəfdaşınıza çevirə bilərsiniz.
Ailə qayğıları da sizi yormayacaq. Sevdiklərinizin fiziki və emosional rahatlığının qeydinə qalmaqdan zövq alırsınız. Romantik görüş təyin edə bilərsiniz - əla keçəcək!
Əkizlər - Hələlik istədiyiniz hər şeyə nail ola bilmirsiniz, amma bir çox xırda işləriniz alınmaqdadır. Bu sizi ruhlandırır və artıq gələcəyə daha nikbin nəzərlərlə baxırsınız. Rəhbərliklə sizin üçün vacib olan bir məsələni müzakirə edə bilərsiniz. Bu gün başladığınız layihələr həm nüfuzunuzu qaldırır, həm də karyerada irəliləməyinizə rəvac verir.
Ailə münasibətlərində qəfil dəyişikliklər mümkündür. Çaşıb qalacaq və nə edəcəyinizi bilməyəcəksiniz. Ən yaxşı çıxış yolu - heç nə etməyin! Hələlik vaxtı uzada və hər şeyi yaxşıca fikirləşə bilərsiniz.
Xərçəng - Mürəkkəb və yorucu işləri bitirmək üçün uyğun gündür. Əvvəllər irəliyə doğru hərəkətinizə mane olan bütün sədlər yoxa çıxır. Danışıqlarda irəliləyiş olacaq. Yaxşı əməkdaşlıq təklifləri alacağınız da istisna deyil. Əlinizə müəyyən miqdarda pul gələcək.
Emosional fon tədricən sabitləşir. Günün birinci yarısında ətrafdakılarla anlaşılmazlıq yarana bilər, sonra siz sakitləşəcəksiniz və ab-hava lap düzələcək. Axşam ev işləri və istənilən ailə məsələsinin həlli üçün çox münasibdir.
Şir - Çox məhsuldar gündür. Onu mürəkkəb hesab elədiyiniz işlərə sərf edin - məhz bunların həllində sizi uğur gözləyir. İşgüzar danışıqlarda, ictimai tədbirlərdə iştirak edə bilərsiniz, sənədlərlə, hesabatlarla və maliyyə planlaşdırması ilə isə məşğul olmasanız, yaxşıdır.
Şəxsi münasibətlər baxımından elə də uğurlu gün deyil: sizin enerjiniz o qədərdir ki, bu, ətrafınızdakıları yorur. Öz ritminizi başqalarına aşılamağa çalışmayın. Üstəlik, əgər sizin təkliflərinizi həvəssiz qarşılasalar, inciməyin, axı hamı eyni əhvalda deyil!
Qız - Sizi uğurlu bir gün gözləyir. Vacib və mürəkkəb bir işin həllinə heç şübhə etmədən girişə bilərsiniz, çünki onu başa çatdırmaq üçün bu gün əla imkanınız var. Nüfuzlu şəxslərin dəstəyinə ehtiyacı olan Qızlar istədiklərini tezliklə tapacaqlar. Maliyyə vəziyyətiniz yaxşıdır, pul barədə fikirləşməyin.
Vaxtınızı səmərəli bölüşdürə, həm işlərinizi çatdıra, həm istirahət edə, həm də yaxınlarınıza diqqət ayıra biləcəksiniz. Yaşlı qohumlarınız sizin ideyalarınıza tərəfdar çıxacaqlar. Sevdiyiniz şəxslə istənilən mürəkkəb və ciddi məsələni müzakirə edə bilərsiniz. Bu gün əldə etdiyiniz razılıqlara gələcəkdə də əməl olunacaq.
Tərəzi - Əgər məqsədlərinizi düzgün təyin etsəniz, bu gün qələbə qazana bilərsiniz. Təhlükə isə bundadır ki, siz başqasının təsiri altına tez düşür, özünüzə deyil, başqasına lazım olan işlərin alınmasına güc sərf edirsiniz. Odur ki, hər hansı bir işə başlamazdan əvvəl fikirləşin, o, doğrudanmı sizə gərəkdir?
Emosional fon yaxşıdır, xırda xoşagəlməzliklərə yüngül yanaşır, problemlər üçün həyəcan keçirmirsiniz. Özünüzə tərəfdaşlar tapa bilərsiniz. Eşq macəralarına ümid etməyin.
Əqrəb - Bu gün etdiyiniz hərəkətlərin, dediyiniz sözlərin gələcəkdə necə nəticə verəcəyi barədə düşünün. Yerində deyilməmiş bir məzəmmət, yaxud kəskin söz çox nüfuzlu şəxslərdə sizə qarşı qəzəb oyada bilər. Özünüzün ən xırda peşə vəzifələrinizə belə qeyri-ciddi yanaşsanız, karyeranız təhlükə altına düşə bilər.
Əvəzində yaxınlarınızla münasibətləriniz tam qarşılıqlı anlaşma zəminindədir. İstənilən məsələdə ortaq məxrəcə gələcəksiniz. Yeni maraqlarınız peyda olur. Əgər intuisiyanıza qulaq assanız, həyatınızı daha parlaq və maraqlı edə bilərsiniz.
Oxatan - Qanqaraçılıq istəmirsinizsə, sizə zərəri dəyə biləcək adamlarla mübahisələrə girişməyin. Çox kinli və qəddar, eyni zamanda nüfuzlu və hiyləgər birinin qəzəbinə tuş gəlmək ehtimalınız yüksəkdir. Sözlərinizə və ünsiyyətdə olduğunuz insanlara diqqət etsəniz, bir çox münaqişələrdən qaça bilərsiniz.
İstənilən müstəqil fəaliyyət üçün uyğun gündür. Sərbəstliyiniz nə qədər çoxdursa, nəticələriniz bir o qədər yaxşıdır. Şübhə və inamsızlığınızı bir kənara qoysanız, yaxın adamla münasibətləriniz yaxşıya doğru dəyişəcək.
Oğlaq - Sizin uğurlarınız bu gün çoxlarını təəccübləndirəcək, bəzilərində isə açıq-aşkar paxıllıq yaradacaq. Heç nəyə məhəl qoymadan sürətlə irəli gedirsiniz, maneələri isə sanki görmürsünüz. Tərəfdaşlarınız isə bir ordu kimi ardınızca gəlirlər, onlar heç bir təşəbbüs göstərməsələr də, «arxa cəbhəni» möhkəmlətməkdə əvəzolunmazdırlar. İstənilən başlanğıc üçün yaxşı gündür. Yaradıcı yanaşma tələb edən layihələrə xüsusi diqqət ayırın.
Bu gün müəyyən güclü hisslərin oyanması mümkündür. Başınızı itirə, ilk baxışdan aşiq ola bilərsiniz. Bir çox Oğlaqlar, onların həyatını güclü surətdə dəyişəcək addımlar atacaqlar.
Dolça - Günün sizin üçün əsas təhlükəsi - hər bir işdə ifrata varmağınızdır. Dolçalar arzu və istəklərini nəzarət altında saxlamağa çətinlik çəkirlər. Bu səbəbdən də müxtəlif xoşagəlməz situasiyalara düşürlər. Ağıllı olun. Bu, sizə həm işdə, həm şəxsi həyatınızda çətinliklərdən qaçmağa kömək edəcək.
Yaradıcı işlər üçün əla gündür - fantaziyanızın bu gün həddi-hüdudu yoxdur, qeyri-adi həll yollarını tapmaq sizin üçün çətin deyil. Qarşı cinsin nümayəndələrini möhkəm cəzb edirsiniz. Yeni tanışlıq arzusundasınız? Problem deyil. Yetər ki, istəyin.
Balıqlar - Qarşınızda yaxşı imkanlar açılır, amma təəssüf ki, onların çoxunu nəzərdən qaçırır və yararlanmırsınız. Məsləhətlərə qulaq asın, müdrik bir insan sizə doğru yolu göstərəcək. Bu gün pul alacağınıza ümid etməyin, bir neçə gün gözləməli olacaqsınız.
Şəxsi münasibətlərdən baş çıxarmaq bir qədər çətindir. Heç öz hiss və istəklərinizdən baş açmırsınız, başqaları haqda nə demək olar ki? Hədiyyə alaraq sürpriz etməyə çalışmayın, çətin ki, onlar sevindirmək istədiyiniz adamın xoşuna gəlsin.
Milli.Az