Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olmuşdur
14.10.2013

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında italyan dramaturqu Aldo Nikolainin “Dəmir sinif” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olmuşdur.

Teatrın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi səhnə əsərində insanların ahıl yaşlarında yaşadıqları tənhalıqdan söhbət açılır.

Tamaşanın səhnə tərtibatı Tərlan Sadıqovun, musiqisi Fərahim Qələmoğlunundur.

Əsas rolları xalq artistləri Böyükxanım Əliyeva və Qabil Quliyev, Əməkdar Artist Təvəkkül Əliyev ifa edirlər.

AzərTAc