“Bakcell” şirkəti Qurban bayramı münasibətilə pulsuz Wi-Fi internet xidməti təklif edir
14.10.2013

“Bakcell” şirkəti müqəddəs Qurban bayramı münasibətilə müştərilərinə pulsuz Wi-Fi internet xidməti təklif edir.
Şirkətdən bildirilmişdir ki, Wi-Fi xidmətinə qoşulmaq üçün balans aktiv vəziyyətdə olmalıdır. Mövcüd “hotspot” siyahısından Wi-Fi xidmətini seçərək qoşulma şifrəsini əldə etmək üçün qeydiyyat prosesindən keçmək lazımdır. Şifrəni alandan sonra onu əsas səhifəyə daxil edib Wi-Fi-dən yararlanmaq mümkündür.
İnternet xidmətinin sürəti 10 meqabayt/saniyəyədək təşkil edir.
Wi-Fi xidmətindən ödənişsiz istifadə dekabrın 30-dək davam edəcəkdir.

AzərTAc