Müsbət Dəyişiklik gənclər hərəkatı yeni “Learn, Lead, Serve” – “Öyrən, Liderlik et və Xidmət göstər” təlimlər proqramını təqdim edir.
Baxmayaraq ki, cəmiyyətə xidmət istəyində yüksək motivasiyalı və iddialı gənclərimiz var, çox zaman təcrübə əksikliyi onlara ideyalarını həyata keçirməyə imkan vermir. Həvəsli və iddialı gənclərin öz icmalarına və cəmiyyətə xidmət istəklərini fəaliyyətə çevirmək, ideyalarını reallaşdırmaları üçün bir platformaya ehtiyacları var.
“Learn, Lead and Serve” (LLS network) – “Öyrən, Liderlik et və Xidmət göstər” Vətəndaş İştirakçılığı təlim/seminar proqramı gənclərə ehtiyacları olan bu platformanı təklif edir.
Bu layihə vasitəsi ilə öz icmasına, cəmiyyətə xidmət etmək istəyən gənc fəallar arasından seçiləcək 20 gənc üçün fəaliyyətlərini planlaşdırmaları, ideyalarını reallaşdırmaları üçün zəruri ilkin biliklərin əks olunduğu həftəlik təlim/seminarlar keçiriləcək.
Proqrama 14 həftəlik təlim/seminarlar və bir “Strategiya və planlaşdırma” düşərgəsi daxildir. Mövzular arasında “Adaptiv liderlik”, “Könüllülük”, “Yeni media”, “PR, marketinq strategiyaları”, “Layihə idarəetməsi” və s.kimi mövzular yer alır. Təlimçilər arasında qərb təhsilli gənc mütəxəssislər üstünlük təşkil edəcək!
Proqramda iştirak etmək istəyənlər öz CV-lərini və görmək istədikləri işlər haqqında bir səhifədən çox olmamaqla məktubu bizim elektron poçt ünvanımıza: info@llsnetwork.org göndərə və ya internet səhifəmizə daxil olaraq müraciət formasını doldura bilərlər. Müraciətlər 14-25 oktyabr arası qəbul ediləcək.
publika.az