Sentyabr ayında paytaxtın və eləcədə respublikanın digər şəhərlərinin təkrar mənzil bazarında nisbi aktivlik müşahidə edilib.
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin ekspertlərinin açıqlamasına görə, bununla belə ay ərzində qiymətlər dəyişməz qalıb. Hazırda mənzillərin orta qiymət indeksi təxminən 1 kv/m üçün-1312 ABŞ dolları civarında qərarlaşıb. Orta qiymətdən aşağı olan mənzillər isə ümimi portfeldə 50% dən daha çox paya malik olub. Ay ərzində satışa çıxarılan mənzillərin orta qiyməti-118,2 min ABŞ dolları təşkil edib. Yasamal, Nəsimi, Nərimanоv və Xətai rayоnlarının təklif pоrtfеlindəki payı ötən aylarda olduğu kimi mütləq çохluq təşkil еdib. Onların ümumi payı 75%-dən daha yuxarı olub. Sentyabr ayında da 3, 4 və 5 оtaqlı mənzillərin sayında azalma qеydə alınmayıb. 1 və 2 оtaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə оlunub.
Ekspertlər sentyabr ayında təkrar mənzil bazarında nisbi aktivliyin artmasını əsasən ipoteka kreditləşməsi, eləcədə evləri plana düşmüş insanlara yeni mənzillər almaq üçün kompensasiyaların verilməsi ilə əlaqələndirirlər. Proqnozlara görə, yaxın günlərdə köhnə ev bazarında aktivlik davam edəcək. Qiymətlər isə əsasən sabit və bahalaşmağa meyilli olacaq.
publika.az