Aspirindən ancaq xəstələndə deyil, eyni zamanda dəri gözəlliyi üçün də istifadə edilir.
Antienflamatuvar və quruducu xüsusiyyətə sahib aspirinin yağlı və sızanaqlı dərilərə yaxşı təsir etdiyi bildirilir. Aspirin maskası ilə dəridəki qızartılardan və sızanaqlardan xilas olmaq mümkündür. Həm də aspirin dərini ağardıb yumşaldır. Aspirin maskası əsasən quru və həssas dərilər üçün nəzərdə tutulub. Əks halda allergik reaksiyalar göstərə bilər. Buna görə də dəri tipini nəzərə alaraq əvvələcə kiçik təcrübə aparın.
2 tablet aspirini 3-4 damcı su ilə əzin. Bir qaşıq bal və bitki yağını da əlavə edib qarışdırın. Bu maskanı üzünüzə çəkdikdən sonra 20-10 dəqiqə saxlayın və yuyun.
Publika.Az