Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov
ABŞ-a səfər edəcək. Bu barədə xanəndənin ailəsindən məlumat verilib.
Muğam ifaçısının ABŞ-a səfəri fevralın 3-də başlayacaq və 21-nə kimi
davam edəcək. Səfərdə Alim Qasımov 10-a yaxın master-klasslar keçəcək,
musiqiçilərlə müzakirələr aparacaq, 4 konsert proqramı ilə çıxış edəcək.
Hər konsert iki hissədən ibarət olacaq. Birinci hissədə Alim Qasımov
“Kronus” kvarteti ilə çıxış edəcək, ikinci hissə isə Alim və Fərqanə
Qasımovaların solo-konsertindən ibarət olacaq.