Bakıda beynəlxalq sərgi olacaq
17.10.2013

Bakıda 19-cu Azərbaycan Beynəlxalq İnşaat Sərgisi olacaq. “BakuBuild” sərgisi oktyabrın 23-dən 26-dək davam edəcək.

Sərgidə 29 ölkədən 454 şirkət iştirak edəcək və 5 pavilyon + açıq meydança şəklində olacaq.

Dörd gün ərzində peşəkarlarla intensiv görüşlər və danışıqlar. Tərəfdaş axtarışı. Siz ən sərfəli şərtlər əsasında və qısa müddət ərzində saziş və müqavilələr imzalamaqla sərgini ziyarət etməyin əhəmiyyətini və səmərəliliyini layiqincə qiymətləndirə biləcəksiniz.

ANS PRESS