FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Millimiz ötən ayla müqayisədə 19 pillə irəliləyib.
"DÇ-2014"ün seçmə mərhələsində Şimali İrlandiyaya (2:0) qalib gələn və Rusiya heç-heçə edən (1:1) Berti Foqtsun komandası FİFA reytinqində 88-ci pilləyə yüksəlib.
Portuqaliya 3 pillə geriləyərək 14-cü pilləyə düşüb (1036 xal). Rusiya 4 pillə geriləməklə 19-cu (874 xal), 515 xalı olan İsrail 3 pillə irəliləməklə 66-cı yerdə qərarlaşıb. Lüksemburq isə 128-dən 127-ci yerə düşüb (247xal).
Siyahıya yenə son dünya və Avropa çempionu İspaniya millisi liderlik edir. Ötən ayla müqayisədə 1 pillə irəliləyən Almaniya ikinci, Argentina isə üçüncü olub.
670 xalı olan Türkiyə 9 pillə irəliləməklə ilk 40-cı yerə yüksəlib. Millimizin gələn ay yoxlama oyunu keçirəcəyi Estoniya 351 xalla 99-cu, Qırğızıstan 161 xalla 150-cidir.
publika.az