Mustafa Ceceli Azərbaycan xalq mahnısı oxudu - Video
17.10.2013

Türkiyəli müğənni Mustafa Ceceli Azərbaycanın xalq mahnısını oxuyub.

Bu günlərdə Heydər Əliyev Sarayında keçirilən “Sən Azərbaycanlısan” adlı konsertdə çıxış edən sənətçi Röya ilə birgə səhnədə çıxış edib.

Qardaş ölkənin sevilən sənətçilərindən olan Mustafa Ceceli öz repertuarındakı sevilən mahnılarla yanaşı, Azərbaycan mahnılarına da müraciət edib.

O, xalq mahnımız “Tar kamanım”ı oxuyub. İfaçı mahnının sözlərini təhrif etmədən Azərbaycan dilində səlis şəkildə ifa edib.

Video

gun.az